Yerli bələdçi
Təcrübəli səyahət mütəxəssisləri.
Biz fərdi, ailə və qrup səfərlərindən sağlamlıq və istirahət proqramlarına qədər turizm xidmətlərini bir arada təqdim edirik. Aviabilet və otel rezervasiyası, viza, transfer, ekskursiya və digər xidmətləri peşəkar komandamız tərəfindən səfərinizin məqsədinə uyğun şəkildə təşkil olunacaq.
Azərbaycanın turizm imkanları fəaliyyətimizdə xüsusi yer tutur. Ölkənin müxtəlif bölgələri ilə yanaşı, sağlamlıq turizminin seçilən istiqamətlərindən biri olan Naftalan üzrə təcrübəmiz sayəsində qonaqlar üçün uyğun otel, müalicə və istirahət proqramlarının, nəqliyyat və ekskursiyaların seçimində dəstək oluruq.
Sağlamlıq məqsədli səfərlərdə isə mövcud proqramlar haqqında ilkin məlumat verir, uyğun mütəxəssisə müraciət və proqram seçimi prosesində istiqamət göstəririk.
Bizim üçün hər səyahət fərqlidir. Səfərin məqsədini, müddətini, büdcəsini və şəxsi seçimlərinizi nəzərə alaraq sizə uyğun variantlar hazırlayırıq. Məqsədimiz səyahətinizi sadəcə təşkil etmək deyil, onu rahat, planlı və xoş bir təcrübəyə çevirməkdir.
Təcrübəli səyahət mütəxəssisləri.
Xüsusi otel və paket təklifləri.
Büdcəyə uyğun seçimlər.
Hər qonağın istəyinə uyğun fərdi səyahətlər hazırlayırıq.






Səyahətinizlə bağlı ən çox verilən suallar.